Haqqımızda

Salam, hörmətli dostlar! “Galeri Teknik LTD” şirkəti olaraq biz, Azərbaycan bazarında yanacaq doldurma və avtomobil təmiri məntəqələri üçün lazım olan avadanlıqların satışı, onların quraşdırılması və sonrakı servisi ilə məşquluq. Şirkətimizin 2003-cü ildə yaranmasına baxmayaraq mütəxəssislərimizin əksəriyyəti bu sektorda 1997-ci ildən fəaliyyət göstərir. Şirkətimiz MDB ərazisində yerləşən müxtəlif ölkələrdə: Moldovada, Qazaxstanda, Gürcüstanda yanacaq doldurma məntəqələri quraşdırmışdır. Bizim şirkətin mütəxəssisləri 150-dən çox YDM-nin tam və ya qismən habelə 10-larla avtoservisin quraşdırılması təcrübəsinə malikdir. Hal-hazırda biz göstərilən sahələr üzrə dünya brendləri olan "ELAFLEX", "GILBARCO", “HUNTER”, “SPACE”, “RAVAGLİOLİ”, “NİLFİSK”, eyni zamanda Türkiyənin “MEPSAN”, “MİTES”, “AYDIN TRAFO”, “PETES”, “ROTTEST”, “ROTOWASH”, “ELCİ” kimi şirkətlərin Azərbaycan təmsilçisiyik. Bizim şirkət Azərbaycan nəhəngləri olan “AZPETROL”, “SOCAR”, “LUKOYL-AZƏRBAYCAN”, “HOLCİM”, “AZƏRSUN”, “AKKORD” və eləcə də “NURGÜN MOTORS”, “İMPROTEKS MOTORS”, “PERFORMANCE CENTRE”, “HUNDAY AUTO AZƏRBAYCAN” və digər şirkətlərlə bu günə qədər əməkdaşlıq etməkdədir.

“Galeri Teknik LTD” şirkəti olaraq biz Sizlərə də yüksək səviyyəli xidmət göstərməkdən cox məmnun olardıq.

Geriyə