Xidmətlər

Galeri Teknik ilə Yanacaq Çənlərinin Mütəmadi Baxımı

19.03.2022

Galeri Teknik ilə Yanacaq Çənlərinin Mütəmadi Baxımı

Yanacaq çənlərinin mütəmadi baxımı yanacaq doldurma məntəqəsinin təhlükəsizlik baxımından problemsiz olmasından əmin olmaq üçün vacibdir. Başqa sözlə desək, yanacaq çənlərinə daimi baxış göstərməklə məntəqə sahibləri yanacaq sızıntı hallarının yaşana bilmə ehtimalını minimuma endirir və yaşana biləcək yüksək xərcli durmaların və yaxud rahatsızlıqlarının qarşısını alır. Tutaq ki, siz daşıma şirkətisiniz. Sürücüləriniz çatdırılmaları həyata keçirməzdən əvvəl yanacaq doldurma prosesini tamamlamaq istəyirlər, lakin qəfildən yanacaq doldurma dispenserləri işləməməyə başladı. Biznesin dayanmasının qarşısını almaq üçün Siz yerli yanacaq doldurma məntəqələrindən yanacaq almaq qərarına gəlirsiniz hansı ki Sizin yanacaq xərclərinizi artırır və sürücülərin qrafikində gecikmələrə səbəb olur. Bundan əlavə olaraq Siz yanacaq doldurma dispenserlərini təmir etmək üçün mühəndislərə üz tutmalı olursunuz və bunun qarşılığında əmək haqqı ödəyirsiniz.

 

Əgər Sizin yanacaq çənləriniz varsa və onların mütəmadi baxımı üçün qrafikiniz yoxdursa bu hallarla qarşılaşa bilmək ehtimalınız böyükdür. Galeri Teknik yanacaq doldurma məntəqələrinə və digər biznes sahiblərinə yanacaq çənlərinin mütəmadi baxımı üçün həllər təklif edir. Galeri Teknik yanacaq doldurma sahəsində ən yüksək təcrübəyə malikdir və daima müştərilərin ehtiyaclarına praktik həllər arayışındadır.

Yuxarıda göstərilən şəkildə gördüyünüz kimi daha bir yanacaq doldurma məntəqəsi yanacaq çənlərinin təmizlənməsi, boyalanması və quraşdırılması prosesini Galeri Teknik-in peşəkar heyətinə etibar etdi. 

 

Böyütmək üçün klikləyin

Böyütmək üçün klikləyin

Böyütmək üçün klikləyin

Geriyə