Xidmətlər

Gilbarco Horizon-2 Yanacaq Doldurma Məntəqələrində Yerini Alır

26.03.2022

 

Gilbarco Horizon-2 Yanacaq Doldurma Məntəqələrində

Yerini Alır

1865-ci ildən günümüzə kimi yeniliklərinə yeniliklər əlavə edən dünya lideri yanacaq doldurma dispenser istehsalçısı Gilbarco Veeder-Root iləri texnologiya ilə təchiz olunmuş HORIZON-2-ni müştərilərin istifadəsinə vermişdir.

Gilbarco, brendinin əvəzolunmaz xüsusiyyəti halına gələn peşəkarlıq və keyfiyyəti HORIZON-2-də yenidən bizlərə yansıdır. HORIZON-2 yanacaq doldurma dispenserləri unikal dizaynı ilə özündən əvvəlki dispenser modellərinin Gilbarco-ya qazandırdığı güvənlikdə sinifinin ən yaxşısı və ölçü həssaslığında sektor lideri olma xüsusiyyətlərini qoruyaraq rəqibsiz bir müştəri istifadəçiliyi təmin edir.

Oğurluq və dolandırmağa qarşı yanacaq doldurma sahiblərinin ehtiyacı olduğu güvənlik kriterlərini özündə əks etditən HORİZON-2, güvənli pulseri, şifrə qorumalı elektronik, sensorlu, qapılar və qoruyucu yazılım ilə təmin olunmuşdur. İstifadəçilərə uyğun keçid icazələri verərək kimin nəyi kontrol edə biləcəyi asanlıqla idarə oluna bilir.

Modern yanacaq doldurma texnologiyasının tələb etdiyi əsnək dispenser həllərinə uyğun olaraq HORİZON-2 dörd standard yanacağa qədər inteqrasiya edilə bilir və AdBlue, CNG, E85, Biodizel və LPG kimi populyar alternativ yanacaq kombinasiyalarına da əlverişli doldurma zəmini yaradır. SK700-II və Horizon-da olduğu kimi dörd pistonlu C+ sayğac ilə təchiz olunmuş HORİZON-2, sinifinin ən yaxşısı elektronik ölçümləmə sistemi ilə ən aşağı sayğac çaşması təmin edərək olduqca həssas bir yanacaq sayımı həyata keçirir. Artan həssaslıq yenidən kalibrasiyaya olan ehtiyacı da azaldır.

Opsiyonal paslanmaz metal alt hissə hidravlik panelləri, hidravlik qapağı və opsiyonal ticari kanopi ilə şirkətinizə ən uyğun görünüşü istəyə görə təmin edə bilir, daha uzağa çatan xortumlarla işlətmə asanlığını maksimum səviyyəyə gətirir. Yüksək görüş dəqiqliyinə malik tam inteqrasiya olunmuş LCD ekranlarla medya kontenti və satış informasiyası tək bir ekranda toplana bilərək marketinq qabiliyyətini artırmaq asanlaşır. 

Gilbarco Veeder-Root-un Azərbaycanda regional təmsilçisi olan Galeri Teknik, yanacaq doldurma məntəqələrini HORİZON-2 ilə təmin etməkdədir. Yüksək işləmə qabiliyyətinə malik Gilbarco HORİZON-2 yanacaq doldurma dispenserləri müştərilərinə problemsiz yanacaq doldurma prosesi təklif edərək onların rəğbətini qazanmışdır.

Galeri Teknik tərəfindən təhvil verilmiş Gilbarco HORİZON-2 Yanacaq Doldurma Dispenseri:

Geriyə