Xidmətlər

Səyyar Konteyner Tipli Yanacaq Doldurma Məntəqəsinin istehsalı davam edir

03.04.2022

Səyyar Konteyner Tipli Yanacaq Doldurma Məntəqəsinin

istehsalı davam edir 

Galeri Teknik yanacaq doldurma proseslərinə praktik həllər təklif etməyə davam edir. Daha bir şirkət Galeri Teknik-in səyyar konteyner tipli yanacaq doldurma məntəqəsini seçdi. 

Üstün texnologiya və mühəndislik təcrübəsi ilə istehsal edilən Səyyar Yanacaq Doldurma Məntəqəsi, korporativ ehtiyaclara praktik, ucuz və təhlükəsiz bir həll təklif edir. Kompakt dizaynı ilə sürətli və asan quraşdırmanın üstünlüyünü təmin edən məhsul, müxtəlif müəssisələr üçün yerində yanacaq tədarük etmək imkanı verir. Yanacaq Nəzarət Sistemləri ilə inteqrə edilə bilən yanacaq doldurma məntəqəsi, məntəqə sahiblərinə asan yanacaq doldurma prosesi təmin etməklə yanaşı yanacaq sərfiyyatına dəqiq nəzarət üçün də imkan yaradacaqdır.

Ən son texnologiyaya və standardlara cavab verən səyyar yanacaq doldurma məntəqəsi sabit yanacaq doldurma məntəqəsi qurulumu xərclərini qarşılayamayacaq qədər aşağı həcmli və qısa müddətli ehtiyaclarda tərcih olunur.

Hal hazırda istehsal prosesində olan yanacaq doldurma məntəqəsi yaxın zamanda Galeri Teknik güvəncəsi ilə müştərimizə təhvil veriləcəkdir.

 

Geriyə