Xidmətlər

Daha bir Yanacaq Doldurma Məntəqəsi Galeri Teknik-i seçdi!

30.04.2022

Galeri Teknik yanacaq doldurma məntəqələrini ən yüksək keyfiyyətli avadanlıqlarla və mühəndislik həlləri ilə yeniləməyə davam edir. Galeri Teknik olaraq uğurla tamamladığımız daha bir yanacaq doldurma məntəqəsinin görüntülərini Sizlərlə paylaşırıq.

Galeri Teknik-i seçən AG Oil yanacaq doldurma məntəqəsi tam olaraq Galeri Teknik-in rəsmi təmsilçisi olduğu Mepsan yanacaq dispenserləri ilə təchiz olunmuşdur. Beş ədəd Mepsan Smartline R dispenserləri ilə yenilənən yanacaq doldurma məntəqəsi müştərilərə yanacaqdoldurma xidməti verməyə hazırdır. 

Mepsan yanacaq doldurma dispenserləri ilə yanacaq doldurma məntəqələri xarici görünüş və praktiklik baxımından daima rəqabət üstünlüyünü əldə edəcəklər. Mepsan Smartline R-in cəlbedici dizaynı məntəqə sahiblərinə yeni müştərilər cəlb etmək üçün yardımcı olacaq və yanacaq doldurma məntəqəsinin brend imecini artırmaqda böyük rol oynayacaqdır.

2003-cü ildən bugünə yanacaq doldurma sektorunda baş verən yenilikləri daima yaxından izləyən və müştəriləri məmnuniyyətini özünün başlıca prioriteti qəbul edən Galeri Teknik Ltd MMC şirkəti bu sektorda ən təcrübəli və peşəkar texniki heyətlə məntəqə sahiblərini ən yaxşısını təklif edir. Hal hazırda yanacaq doldurma sahəsində dünya liderləri olan Gilbarco Veeder-Root, Dover Fueling Solutions, Mepsan və Elaflex-in Azərbaycanda rəsmi təmsilçisi olan Galeri Teknik yüksək mühəndislik xidməti göstərməklə yanaşı yanacaq doldurma məntəqələrinin ən yüksək keyfiyyətə malik avadanlıqlarla təchizi üçün çalışır.

  

Geriyə