Xidmətlər

Galeri Teknik x GESPASA İş Birliyi

04.08.2022

Galeri Teknik x GESPASA İş Birliyi

Galeri Teknik-in yeni strateji iş birliyini Sizlərlə bölüşməkdən böyük məmnunluq hissi duyuruq. Belə ki, Galeri Teknik şirkəti dünyanın ən qabaqcıl yanacaq filterləri istehsalçısı olan İspaniyanın Gespasa şirkətinin Azərbaycan üzrə rəsmi distributoru oldu.

 

Gespasa şirkəti 1974-cü ildən bəri yanacaqdoldurma sektorunda fəaliyyət göstərir və hal hazırda yanacaq transfer, filtrasiya və ölçüm sistemlərində dünya lideridir. Balaguer (LLeida), İspaniyada yerləşən 7,000 m2 fabrikasında Gespasa həm də yüksək texnologiya və mühəndisliklə istehsal olunmuş FG tip yanacaq filterləri də istehsal etməkdədir. Gespasanın yanacaq filterləri yanacaqda olan çirkabın və suyun təmizlənməsini təmin edir və beləcə yanacaq doldurma məntəqələrinə müştərilər üçün daha keyfiyyətli benzin və yaxud dizel tədarükü üçün köməklik göstərir. Gespasa yanacaq filterləri istəyə və ehtiyaca görə fərqli növ mikronlarla konfiqurasiya oluna bilir və beləcə, istifadəçilərə işləmə rahatlığı təklif edir.

 

Galeri Teknik olaraq biz daima yanacaqdoldurma sektorunda baş verən yenilikləri yaxından izkəyir və bu yenilikləri Azərbaycan bazarına inteqrə etmək üçün komanda olaraq çalışırıq.

 

Geriyə